İtaliya A Seriyasında yeni sezona start verilib.
Apasport.az xəbər verir ki, mövsümün ilk oyunun günündə 4 matç keçirilib.
Günün bütün görüşləri bərabərliklə başa çatıb.
"Cenoa" evdə "İnter"dən 1 xal almağı bacarıb - 2:2.
"Empoli" "Monza" görüşü başladığı hesabla bitib - 0:0.
"Parma" evində azlıqda qalmış "Fiorentina"nın müqavimətini qıra bilməyib. Görüş 1:1 hesabı ilə başa çatıb.
Günün maraqlı matçlarından biri də "Milan" və "Torino" arasında keçirilib. Qonaqlar 0:2 hesablı üstünlüyü qoruya bilməyib. 89-cu dəqiqədə A. Morata və 90+5-ci dəqiqədə N. Okaforun vurduğu qollarla meydan sahibləri məğlubiyyətdən xilas olmağı bacarıb - 2:2.
Qeyd edək ki, sabah İtaliyada daha 4 oyun keçiriləcək. İlk tura avqustun 19-da yekun vurulacaq.