“Mançester Siti”nin seriyası 26-ya çatdı
18.05.2023 - 01:24
“Mançester Siti”nin seriyası 26-ya çatdı

“Mançester Siti” Çempionlar Liqasında evdə məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib.
 
Apasport.az saytı xəbər verir ki, komanda doğma azarkeşlər qarşısında keçirdiyi 26 matçın 24-də qələbə qazanıb.

Qvardiolanın yetirmələri sonuncu dəfə öz meydanında 2018-ci ilin oktyabrında uduzublar. O vaxt “Lion” turnirin qrup mərhələsində rəqibinə 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “şəhərlilər”tarixində ikinci dəfə ÇL-in finalına yüksəliblər.

writer photo
Əlirza Əlirzalı
0