Xavi “Vilyareal”ın futbolçusunu istəyir
08.10.2023 - 15:47
“Vilyarreal” gənc yarımmüdafiəçisi Alek Baena “Barselona”nın diqqət mərkəzinə düşüb.
Apasport.az saytının verdiyi məlumata görə, kataloniyalılar onun çıxışını yaxından izləyirlər.
Kubun baş məşqçisi Xavi bu transferə yaşıl işıq yandırıb. İspaniyalı mütəxəssis yarımmüdafiə xəttində Baena sayəsində rəqabət yaratmaq istəyindədir. Bu transfer kataloniyalılara 20 milyon avroya başa gələ bilər.
Qeyd edək ki, 22 yaşlı futbolçunun “Vilyarrel”la 2028-ci ilədək müqaviləsi var. Baena İspaniya La Liqasında 8 oyunda bir qol vurub, dörd ötürmə edib.
0
0