Çempionlar Liqası pley-off mərhələsinin cavab oyunları keçirilib.
Apasport.az saytı xəbər verir ki, öz meydanında qələbə qazanan “Qalatasaray” qrup mərhələsində oynamaq hüququ qazanıb.
Türkiyə çempionu səfərdə olduğu kimi, doğma azarkeşlər qarşısında da qələbə qazanıb. “Sarı-qırmızılar” “Molde”ni məğlubiyyətə uğradıblar. Hesabı İkardi penalti zərbəsi ilə açıb. Qonaqlar bərabərlik qolunu vurmağa nail olsalar da, son dəqiqələrdə “Qalatasaray” qələbə topunu rəqin qapısından keçirib.
“Braqa” da hər iki oyunda qələbə qazanıb. Öz meydanında “Panatinaikos”a qalib gələn Portuqaliya təmsilçisi səfərdə də eyni uğuru təkrarlaya bilib.
“Yanq Boyz” İsveçrədə “Makkabi”yə qalib gəlib. 3:0 hesablı qələbə isveçrəlilərə turnirin qrup mərhələsində oynamaq hüququ verib.
Çempionlar Liqası
Pley-off, cavab oyunları
29 avqust
“Qalatasaray” (Türkiyə) – “Molde” (Norveç) – 2:1
İlk oyun – 3:2
“Panatinaikos” (Yunanıstan) – “Braqa” (Portuqaliya) – 0:1
İlk oyun – 1:2
“Yanq Boyz” (İsveçrə) – “Makkabi” (Təl-Əviv, İsrail) – 3:0
İlk oyun – 0:0