"Barselona"nın müdafiəçisi Mikail Faye gələn yay klub qeydiyyatını dəyişə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Mənbənin məlumatına görə, 19 yaşlı seneqallının xidmətində 3 Avropa nəhəngi maraqlıdır: “Mançester Yunayted”, “İnter” və “Bayer”.
Qeyd olunur ki, “qırmızı şeytanlar”ın skaut xidməti 3 aydır ki, Fayeni izləyir.
“Bayer”ə gəlincə, klub rəqiblərini qabaqlamaq və Çempionlar Liqası öncəsi güclənmək üçün transferi tez başa çatdırmaq istəyir.
Bundan əlavə, "Barselona"nın qışda Fayeni 15 milyon avroya satmaqdan imtina etdiyi bildirilir. Bu yay kataloniyalılar müdafiəçinin satışından təxminən 30 milyon avro qazanmaq istəyir. Hazırda Faye hələ "Barselona"nın əsas komandasında debüt etməyib.