Adebayor 39 yaşında futboldan getdi
22.03.2023 - 12:42
Adebayor 39 yaşında futboldan getdi

Emanuel Adebayor karyerasını başa vurub.

Apasprt.az saytı xəbər verir ki, bunu Toqonun 39 yaşlı əfsanəvi futbolçusu özü açıqlayıb. 

O bildirib ki, artıq yaşıl meydanlardan çəkilməyin zamanıdır. Son olaraq ölkəsində “Semassi”nin şərəfini qoruyan Adebayor gələcək planları barədə heç nə deməyib.  

Afrikalı futbolçu “Real”, “Arsenal”, “Mançester Siti”, “Tottenhem” və “Monako” kimi komandaların formasını geyinib. Ümumilikdə klub karyerasında 593 matçda iştirak edən Adebayor 207 qol və 65 assitlə yadda qalıb. Toqo millisinin isə 66 oyunda şərəfini qoruyan futbolçu 29 dəfə fərqlənib.

writer photo
Əlirza Əlirzalı
0