Maykl Ouenin qızı realiti-şouda erotik rəqs etdi
03.07.2022 - 15:23
Maykl Ouenin qızı realiti-şouda erotik rəqs etdi

“Liverpul”un əfsanəvi futbolçusu Maykl Ouenin qızı Cemma Ouen Britaniyanın “Love Island” realiti-şousunun bölümlərindən birində erotik rəqs nümayiş etdirib.

Apasport.az saytının məlumatına görə, son bölümdə rəqiblər şouda yer alan qarşı cinsin nümayəndələrinin ürək döyüntüsünü artırmalı idi.

Bodi, corab və dikdaban ayaqqabı geyinən 19 yaşlı Cemma kişilərin qarşısında seksual rəqs edib. Tamaşa ehtiraslı qucaqlaşmalar və öpüşlərlə müşayiət olunub.

Maykl Ouen epizodun yayımı zamanı gözlərini bağlayan emoji ilə tvitterdə paylaşım edib.

“Sevgi adası” realiti-şousunun qaydalarına görə, adada məskunlaşan iştirakçılar özlərinə həyat yoldaşı tapılmalıdır. Qalib cütlük 50 min funt sterlinq qazanır.

Qeyd edək ki, 2001-ci ildə “Qızıl top”un qalibi olan Maykl Ouen İngiltərə millisinin heyətində 89 oyunda 40 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0