Premyer Liqa tarixinin ən bahalı 5 transferi - ADLAR
13.06.2022 - 17:32
Premyer Liqa tarixinin ən bahalı 5 transferi - ADLAR

“Liverpul”un yeni transfer etdiyi Darvin Nunyes Premyer Liqa tarixinin ən bahalı oyunçuları siyahısına düşüb.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu uruqvaylı hücumçu üçün “Benfika”ya 75 milyon avro ödəyib.

Bonusları da nəzərə alsaq, bu rəqəm 100 milyona çatacaq. Bir sözlə, liverpullular Nunyes üçün 85,4 funt sterlinq xərcə düşəcək. Bu, Premyer Liqa tarixində 5-ci göstəricidir.

1. Cek Qriliş (“Aston Villa”dan “Mançester Siti”yə) – 100 milyon funt sterlinq
2. Romelu Lukaku (“İnter”dən “Çelsi”yə) – 97,5
3. Pol Poqba (“Yuventus”dan “Mançester Yunayted”) – 93,25
4. Romelu Lukaku (“Everton”dan “Mançester Yunayted”ə) – 90
5. Darvin Nunyes (“Benfika”dan “Liverpul”a) – 85,4
 

writer photo
Əlirza Əlirzalı
0