“Real” “Çelsi”nin hücumçusu üçün təklif göndərdi
30.07.2022 - 00:00
“Real” “Çelsi”nin hücumçusu üçün təklif göndərdi

İspaniya “Real”ı hücumçu almağa qərar verib.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu Armando Broyanı heyətində görmək istəyir.

Madridlilər 20 yaşlı albaniyalı hücumçunun məxsus olduğu “Çelsi”yə təklif göndərib. Premyer Liqa təmsilçisi Broyaya əsas heyət üzvü kimi güvənsə də, “Real”ın müraciətini nəzərdən keçirməyi lazım bilib.

Qeyd edək ki, “Everton”, “Nyukasl” və “Vest Hem” də hücumçunun xidmətində maraqlıdır. Sonuncular onu icarəyə götürməyi, digər iki klub almağı planlaşdırır.
 

writer photo
Əlirza Əlirzalı
0