Mbappenin "Real"dan istədikləri
30.01.2024 - 11:18
Mbappenin "Real"dan istədikləri

Klian Mbappenin “Real”dan istədikləri məlum olub.

Apasport.az xəbər verir ki, PSJ-nin hücumçusunun həm də agenti olan anası Faizə Lamari “kral klubu”ndan vergilər çıxarıldıqdan sonra illik “xalis” 50 milyon avro maaş istəyib. 

Bu məbləğ hazırda Madrid klubunda ən yüksək maaşdan belə 2,5 dəfə çoxdur. Çünki La Liqa təmsilçisində yalnız 3 futbolçu - Toni Kroos, Luka Modriç və David Alaba hər mövsümə 20 milyon avro alırlar.
Bundan əlavə, Lamari “qalaktikos”dan 175 milyon avroluq imza da tələb edir ki, bu da bütünlüklə Mbappe ailəsinə hesabına köçürülməlidir. 

Qeyd edək ki, Fransa millisinin 25 yaşlı kapitanının Paris təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatır. Futbolçu razılaşmanı 1 il daha uzatmaq şansına malik olsa da, bu hüququndan istifadə etməyib.

writer photo
Əlirza Əlirzalı
0