Stiven Cerrardın baş məşqçi təyin edildiyi “Əl-İttifaq”da görmək istədiyi futbolçulardan ikisi bəlli olub.
Apasport.az saytının məlumatına görə, “Liverpul”un sabiq futbolçusu Premyer Liqadan bir neçə oyunçunu sərəncamında görmək istəyir.
Cerrard “Aston Villa”nı çalışdırdığı vaxt rəhbərliyi altında oynayan Filippe Koutinyonu sərəncamında görmək istəyir. Mütəxəssis “İnter Mayami” ilə məşq edən Cessi Linqardın dəvət olunmasının tərəfdarıdır.
Qeyd edək ki, Koutinyonun indiki klubu ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. “Nottinhem Forest”dən ayrılan Linqard azad agent statusuna malikdir.