Meyson Qrinvud "Atletiko" yolunda
18.03.2024 - 13:51
Meyson Qrinvud "Atletiko" yolunda

22 yaşlı hücumçu Meyson Qrinvud karyerasını Madriddə davam etdirə bilər.

Apasport.az “Todofichajes” portalına istinadən xəbər verir ki, “Atletiko Madrid” “Xetafe”də icarə əsasında çıxış edən ingilis futbolçunu transfer etməkdə maraqlıdır. 

“Atletiko” artıq oyunçunun tam müqaviləsinin sahibi olan “Mançester Yunayted”lə danışıqlar aparıb. Madrid klubu hücumçunu 2025-ci ildə alıb icarəyə göndərmək istəyir. 

Qeyd edək ki, İspaniya çempionatının bu mövsümündə Qrinvud 24 oyunda 6 qol vurub, 5 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0