Argentina onu MÜFLİS ETDİ
23.11.2022 - 11:18
Argentina onu MÜFLİS ETDİ

Bukmeker kontorlarında DÇ-2022 ilə bağlı daha bir yaddaqalan qoyuluş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, mundialın I turunun Argentina – Səudiyyə Ərəbistanı matçının nəticəsi təkcə cənubi amerikalıları deyil, Avstraliyadan olan proqnozsevəri də məyus edib.

“Yaşıl qitə”dən olan better argentinalıların 1:2 hesabı ilə uduzmağından daha çox böyük məbləğdə pul itirməsindən şok olub. O, görüşdən əvvəl Lionel Messi və komandasının qələbəsinə mərc edib.

Cəsarətli proqnozsevər buna nə az, nə çox 160 min dollar vəsait qoyub. Həmin an Argentinanın qələbə əmsalı 1,13-ə bərabər olub. Avstraliyalı 180 min 800 dollar uduş, yəni 20 min 800 qazanc üçün risk edib. Amma asiyalılar onun bütün ümidlərini puç edib. 2:1 hesablı qələbə qazanan Səudiyyə Ərəbistanı müştərinin deyil, bukmeker kontorunun qazanmasına imkan yaradıb.

Qeyd edək ki, risk edən təkcə avstraliyalı olmayıb. Argentinanın -2,5 fora ilə, yəni ən azı üç top fərqilə qalib gələcəyinə 100 min dollar qoyan müştərinin 170 min uduş xəyalı da puç olub.
 

writer photo
Əlirza Əlirzalı
0