Simeone “Napoli”yə keçir
20.07.2022 - 22:50
Simeone “Napoli”yə keçir

“Verona”nın hücumçusu Covanni Simeone “Napoli”nin əsas transfer hədəfinə çevrilib.

Apasport.az saytının məlumatına görə, neapollular keçidi reallaşdırmaq üçün danışıqları intensivləşdirib.

A seriyası təmsilçisi hətta argentinalı forvardla şəxsi müqavilənin şərtlərini razılaşdırıb. İndi qalır “Verona” rəhbərliyi ilə ortaq məxrəcə gəlmək. 27 yaşlı oyunçunu ötən il icarə əsasında oynayan “Verona” bu yay onu “Kalyari”dən birdəfəlik transfer edib. 

Qeyd edək ki, Covanni Simeone ötən mövsüm A seriyasında 17 qol vurub. O, “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin oğludur.
 

writer photo
Əlirza Əlirzalı
0