Gürcüstanlı futbolçu Xviça Kvaratsxeliyaya elçi düşən Avropa nəhənglərinin adları bəlli olub.
Apasport.az saytı xəbər verir ki, “Napoli”nin 22 yaşlı vingerini “Real”, “Bavariya”, “Çelsi” və PSJ heyətinə qatmaq üçün mübarizə aparır.
İtaliya təmsilçisi Kvaratsxeliyanı satmağı düşünmədiyini bildirsə də, bu klublar gürcünü ələ keçirməyin yollarını axtarırlar. Mövsümün əvvəlində Batumi “Dinamo”sundan heyətə cəlb etdiyi Xviçanın italyanlarla 2027-ci ilin yayına qədər müqaviləsi var.
Qeyd edək ki, “Napoli” forması ilə 37 oyunda iştirak edən Kvaratsxeliya 14 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.