"Sumqayıt" - "Qəbələ" matçına giriş pulsuz olacaq
20.05.2024 - 16:21
"Sumqayıt" - "Qəbələ" matçına giriş pulsuz olacaq

Azərbaycan Premyer Liqasının sonuncu - XXXVI turu çərçivəsində keçiriləcək "Sumqayıt" - "Qəbələ" matçına giriş pulsuz olacaq.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Meydan sahibləri "Qəbələ" ilə keçiriləcək matçın mövsümün sonuncu və ən vacib oyun olması ilə əlaqədar “Açıq qapı” elan edib.

Qeyd edək ki, mayın 25-i Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək.

writer photo
Əlirza Əlirzalı
0