Skolari məşqçilik karyerası bitirdi
14.11.2022 - 13:23
Skolari məşqçilik karyerası bitirdi

Braziliya millisinin sabiq baş məşqçisi Felipe Skolari çalışdırıcılıq karyerasını başa vurub.

Apasport.az saytının məlumatına görə, bunu 2002-ci ildə pentakampeonları sonuncu çempionluğa daşıyan mütəxəssisin özü açıqlayıb.

O, məşqçilik fəaliyyətini 74 yaşında bitirib. Bu ilin mayından “Atletiko Paranaense”ni çalışdıran Skolarinin yetirmələri A seriyasının son turunda “Botofoqo”nu 3:0 hesabı ilə məğlub edərək 6-cı yeri tutub. Bu, komandaya Libertadores kubokuna vəsiqə qazandırıb.

Qeyd edək ki, Skolari növbəti mövsümdən klubun texniki direktoru kimi fəaliyyət göstərəcək.
 

writer photo
Əlirza Əlirzalı
0