Sansone A seriyasında komandasını dəyişdi
11.09.2023 - 20:43
Sansone A seriyasında komandasını dəyişdi

İtaliya A seriyası təmsilçisi “Leççe” daha bir transferini açıqlayıb.

Apasport.az saytı xəbər verir ki, komanda "Bolonya"nın sabiq hücumçusu Nikola Sansone ilə müqavilə imzalayıb.

32 yaşlı italiyalı ilə müqavilənin müddəti barədə məlumat verilməyib. Azad agent kimi yeni komandasına qoşulan futbolçu 11 nömrə ilə çıxış edəcək.

Qeyd edək ki, 2019-2023-cü illərdə "Bolonya"da forma geyinmiş forvard ötən mövsüm 20 matçda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0