“Neftçi”yə 650 min avro
30.09.2022 - 15:14
“Neftçi”yə 650 min avro

“Neftçi” UEFA-dan 650 min avro alıb.

Apasport.az saytının məlumatına görə, bu vəsait Konfrans Liqasındakı iştirak üçün verilib.

Bir mərhələ adlayan Bakı klubu 1 milyon 83 min 615 manat qazanıb. UEFA tərəfindən ayrılmış vəsait AFFA-nın vasitəçiliyi ilə “Neftçi”nin hesabına köçürülüb.

Qeyd edək ki, II təsnifat mərhələsini uğurla adlayan bakılılar Avstriya “Rapid”inə uduzaraq mübarizəni dayandırıb.

writer photo
Əlirza Əlirzalı
0