Dünyanın ən yaxşı baş məşqçilərinin may ayı üçün ilk reytinq cədvəli açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıda aktiv fəaliyyətdə olan 500 ən yaxşı mütəxəssis yer alıb.
Bu cədvəldə Azərbaycanı yalnız “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov təmsil edir. 50 yaşlı mütəxəssisin aktivində 1594 xal var.
Ötən cədvəllə müqayisədə hesabını 5 xal zənginləşdirən Qurbanov siyahıda 4 pillə irəliləyib. O, hazırda planetin 223-cü məşqçisidir.
“Neftçi”nin baş məşqçisi postuna namizəd Viktor Qonçarenko da ən yaxşılar arasındadır. O, 2574 xalla 245-cidir. Belaruslu mütəxəssis gələcəkdə əsas rəqibi olması gözlənilən Qurbanovdan 20 xal və 22 addım geridədir.
Qeyd edək ki, siyahıya Pep Qvardiola (2199) başçılıq edir. Yurgen Klopp (2131) ikinci, Antonio Konte (2093) üçüncüdür.