Emerili "Aston Villa"dan rekord üstünə rekord
10.12.2023 - 13:57
Emerili "Aston Villa"dan rekord üstünə rekord

“Aston Villa” klub rekordunu yeniləyib.

Apasport.az xəbər verir ki, komanda Premyer Liqada keçirdiyi ardıcıl 15 ev oyununu qələbə ilə tamamlayıb.

Birmingem klubu çempionatın 16-cı turunun matçında evdə "Arsenal"I 1:0 hesabı ilə məğlub edib. Bununla da komanda 149 illik tarixində ilk dəfə İngiltərə çempionatının yüksək divizionunda ardıcıl 15 ev matçında qalib gəlib. 

Qeyd edək ki, son 5 matçında məğlub olmayan “Aston Villa” topladığı 35 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alır.

​​​​​​

writer photo
Əlirza Əlirzalı
0