20 yaşlı müdafiəçi “Leyptsiq” yolunda
01.08.2023 - 20:29
20 yaşlı müdafiəçi “Leyptsiq” yolunda

“Leyptsiq” Kastello Lukebanın transferindən vaz keçmir.

Apasport.az saytı xəbər verir ki, almanlar “Lion”a yeni təklif göndəriblər.

Almaniya təmsilçisi transfer məbləğini 32 milyon avroya yüksəldib. Müqavilədə növbəti satışdan “Lion”a faizin verilməsi də nəzərdə tutulub. “Leyptsiq” Lukebanın özü ilə müqavilənin şərtlərini razılaşdırıb. Əgər onun klubu problem çıxarmasa, 20 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanacaq

.
Qeyd edək ki, maliyyə problemləri olan “Lion” gən oyunçularını satışa çıxarıb. Kastello komandanın ən istedadı futbolçularından biri sayılır.
 

writer photo
Əlirza Əlirzalı
0