"Mançester Yunayted"in yarımmüdafiəçisi "Ayntraxt"a keçdi
01.01.2024 - 18:53
"Mançester Yunayted"in yarımmüdafiəçisi "Ayntraxt"a keçdi

"Mançester Yunayted"in yarımmüdafiəçisi Donni van de Beek icarə əsasında "Ayntraxt"a keçib.

Apasport.az bu barədə Almaniya klubunun mətbuat xidmətinə istinadla xəbər verir.

“Ayntraxt” futbolçu üçün az məbləğdə komissiya ödəyəcək və hollandiyalının maaşının böyük hissəsini ödəyəcək.

Müqaviləyə futbolçunun 15 milyon avro dəyərində satın alma seçimi əlavə edilib. 

Qeyd edək ki, bu mövsüm 26 yaşlı futbolçu 2 qarşılaşmada cəmi 21 dəqiqə meydanda olub və fərqlənməyib. 

writer photo
Əlirza Əlirzalı
0