Endrik Braziliya millisində rekorda imza atıb
25.06.2024 - 13:27
Endrik Braziliya millisində rekorda imza atıb

Hücumçu Endrik Amerika Kubokunda Braziliya millisinin heyətində debüt matçına çıxıb.

Apasport.az xəbər verir ki, "Real Madrid"in yeni futbolçusu qrup mərhələsinin ilk turunda Kosta-Rika ilə oyunda 71-ci dəqiqədə Vinisius Juniorun yerini tutaraq, ehtiyat skamyasından meydana daxil olub.

17 yaş 339 günündə Endrik Braziliyanın 105 il ərzində Amerika Kubokunda forma geyinən ən gənc debütantı oldu.

Hələ 1919-cu ildə Aqostinyo Fortes Filyo 17 yaş 251 gün olarkən Braziliya millisinin heyətində qitəmiqyaslı turnirdə çıxış edib.

Qeyd edək ki, Endrik rəsmi olaraq iyulda "Real Madrid"ə keçəcək. Əvvəllər forvard "Palmeyras"a məxsusdu.
 

writer photo
Əlirza Əlirzalı
0