Azərbaycan millisinin daha bir badmintonçusu Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayır.
Apasport.az xəbər verir ki, Edi Reski Dviçayo bu gün qrup mərhələsində ilk matçına çıxıb.
Təmsilçimiz Avstriya idmançısı Kollins-Valentin Filimonla qarşılaşıb. Dviçayo hər iki görüşü qələbə ilə başa vurub.
O, qrup liderliyi uğrunda Anders Antonsenlə (Danimarka) qarşılaşacaq. Görüş iyulun 31-də keçiriləcək.
Qeyd edək ki, Edinin yer aldığı E qrupunun qalibi birbaşa 1/4 finala yüksələcək.
Badminton
Kişilər, fərdi yarış
Qrup mərhələsi, E qrupu
29 iyul, II tur
22:20. Edi Reski Dviçayo - Kollins-Valentin Filimon (Avstriya) - 2:0 (21:18, 21:11)