Avstriya Belçikada liderliyi qorudu
18.06.2023 - 01:14
Avstriya Belçikada liderliyi qorudu

AVRO-2024-ün seçmə mərhələsində yığmamızın yer aldığı qrupda daha bir oyun keçirilib.

Apasport.az saytı xəbər verir ki, Belçika – Avstriya matçında qalib müəyyənləşməyib.

Belçika komandası öz meydanında xal itirib. Lukakunun ikinci hissədə vurduğu qol belçikalıları məğlubiyyətdən xilas edib. Qazanılan bir xal sayəsində Avstriya futbolçuları lider mövqeyini qoruyublar.

Günün maraqlı oyunlarından biri Portuqaliyada baş tutub. Bosniya və Hersoqovina yığmasını qəbul edən meydan sahibləri inamlı qələbə qazanıblar (3:0).

AVRO-2024, seçmə mərhələ
Lüksemburq – Lixtenşteyn – 2:0
Litva – Bolqarıstan – 1:1
Monteneqro – Macarıstan – 0:0
Norveç – Şotlandiya – 1:2
Albaniya – Moldova – 2:0
Kipr – Gürcüstan – 1:2
Belçika – Avstriya – 1:1
Farer adaları – Çexiya – 0:3 
İslandiya – Slovakiya – 1:2
Portuqaliya – Bosniya və Hersoqovina – 3:0
  
 

writer photo
Əlirza Əlirzalı
0