“Arsenal”dan Uayt qərarı
29.09.2023 - 10:42
“Arsenal”dan Uayt qərarı

“Arsenal” daha bir futbolçusu ilə müqaviləni uzatmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, “topçular” Ben Uaytı heyətində saxlamağı planlaşdırır.

London klubu 25 yaşlı müdafiəçiyə yeni anlaşma təklif edəcək. İngiltərə millisinin üzvü ilə danışıqlar yaxın günlərdə başlayacaq.

Qeyd edək ki, Uayt cari mövsümdə 9 oyun keçirib. O, üç sarı vərəqə ilə cəzalanıb.
 

writer photo
Əlirza Əlirzalı
0