İngilis biznesmen "Mançester Yunayted"də hissə sahibi oldu
21.02.2024 - 09:57
İngilis biznesmen "Mançester Yunayted"də hissə sahibi oldu

“Mançester Yunayted”in hissələrinin satışı rəsmiləşib.

Apasport.az xəbər veri ki, biznesmen Cim Ratkliff komandanın hissələrinin 27,7%-ni alıb.

Müqavilənin bütün şərtləri Futbol Assosiasiyası və Premyer Liqa ilə razılaşdırılıb. 
61 yaşlı ingilis iş adamı sevincini jurnalistlərlə bölüşüb: "Mançester Yunayted"in bir hissəsi olmaq böyük bir hissədir, lakin bununla birlikdə böyük bir məsuliyyət də deməkdir.
Bu, təkcə müqavilənin rəsmiləşməsi deyil, həm də "Yunayted"i İngiltərə, Avropa və dünya futbolunun zirvəsinə qaytarmaq üçün səyahətimizin başlanğıcıdır”.

writer photo
Əlirza Əlirzalı
0