“Neftçi”dən Türkiyəyə yardım - FOTO
09.02.2023 - 12:40
“Neftçi”dən Türkiyəyə yardım - FOTO

Bakının “Neftçi” klubu Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlara yardım göndərib.

Apasport.az saytının məlumatına görə, bunu “ağ-qaralar”ın mətbuat xidməti açıqlayıb.

Yardımlar olan qutular paytaxt klubunun bazasında yığılıb. Onların daşınmasında futbolçular da iştirak ediblər. Yerli futbolçular Emin Mahmudov, Azər Salahlı, Höccət Haqverdi, Mərt Çeliklə yanaşı, legionerlər Kilan Lebonla Vojislav Stankoviç də klubun əməkdaşlarına qoşulublar.

Qeyd edək ki, fevralın 6-na keçən gecə qeydə alınan zəlzələdən ölənlərin sayı 12 mini, yaralananlar isə 62 mini keçib.

writer photo
Əlirza Əlirzalı
0