"Neftçi"də yeni məşqçi təyinatları
08.07.2024 - 16:29
"Neftçi"də yeni məşqçi təyinatları

“Neftçi”də struktur dəyişiklikləri davam edir.

Apasport.az xəbər verir ki, klubun məşqçilər korpusuna yeni təyinatlar olub. Bu barədə paytaxt təmsilçisi özü rəsmi məlumat paylaşıb. 

Belə ki, artıq “Neftçi”də litvalı Saulius Sekanaviçus köməkçi məşqçi, italiyalı Ciordano Domeniko fiziki hazırlıq üzrə məşqçi, belaruslu Aleksandr Ajintsov isə məşqçi-reabilitoloq vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, bunadək məşqçilər korpusunda yer alan Sənan Qurbanov və qapıçılar üzrə məşqçi Emil Babayev də baş məşqçi Roman Qruqorçukun köməkçilərindən olacaq.


 

writer photo
Əlirza Əlirzalı
0