PSJ-nin Mbappe sonrası planları
18.02.2024 - 16:59
PSJ-nin Mbappe sonrası planları

Kilian Mbappenin gedişi ilə PSJ böyük məbləğdə pula qənaət etmiş olcaq.

Apasport.az xəbər verir ki, parislilər bu ayrılıq sayəsində hücumçunun maaşına xərclənən 200 milyon avroluq yükdən qurtulmuş olacaqlar.

Liqa 1 təmsilçisinin idman müşaviri Luis Kamposa bu pulu Çempionlar Liqasını qazanmağa qadir olan gənc komanda yaratmaq tapşırılıb.
PSJ-nin prioriteti Mbappenin yerinə yeni hücumçu almaqdır. Komandanın maraq dairəsində "Mançester Yunayted"dən Markus Reşford və "Napoli"dən Viktor Osimhen var.

writer photo
Əlirza Əlirzalı
0