"Qalatasaray"ın ulduzu komandadan ayrılmağa yaxındır
12.08.2024 - 18:48
"Qalatasaray"ın ulduzu komandadan ayrılmağa yaxındır

"Qalatasaray"ın ulduzu Vilfred Zaha İngiltərəyə yollana bilər.

Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu yeni mövsümü "Lester Siti"də keçirə bilər.

İstanbul klubundan rəsmi açıqlama gözlənilir. Yayılan xəbərlərə görə, Zaha "tülkülərin" heyətinə icarə əsasında qoşulaşaq.

Qeyd edək ki, "Qalatasaray"ın heyətində ümumilikdə 43 matça çıxan təcrübəli futbolçu 10 qol vurub, 5 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0