Premyer Liqanın XXXVI turuna "Azərsun Arena"da yekun vurulacaq.
Apasport.az xəbər verir ki, "Araz-Naxçıvan" – "Qarabağ"ı qəbul edir.
Formal neydan sahibı Naxçıvan təmsilçisi olsa da, klublar arasında qarşılıqlı razılıq əsasında matç məhz ağdamlıların stadionunda keçiriləcək.
Turun son oyunu çempionun təltif olunması ilə yadda qalan olacaq.
Qeyd edək ki, oyunun start fiti saat 19:30-da səslənəcək.
Misli Premyer Liqası
IV dövrə, XXXVI tur
19:30. "Araz-Naxçıvan" – "Qarabağ"
Hakimlər: Əkbər Əhmədov, Rəhman İmami, Asif Abdullayev, Rauf Allahverdiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Bakı. "Azersun Arena"