Premyer Liqa klubu satılır
07.10.2022 - 23:45
İngiltərənin “Bornmut” klubunun sahibi dəyişir.
Apasport.az saytının məlumatına görə, rusiyalı biznesmen Maksim Dyomin Premyer Liqa təmsilçisini satmağa yaxındır.
Klubu ABŞ milyarderi Bill Fouli alacaq. Bu alqı-satqının 120 milyon funt sterlinqə gerçəkləşəcəyi gözlənilir.
Qeyd edək ki, Dyomin 2011-ci ildən “Bornmut”un sahibidir.
0
0