“Qalatasaray” onları göndərir
07.01.2023 - 13:42
“Qalatasaray” onları göndərir

Türkiyənin “Qalatasaray” klubu 3 futbolçu ilə yollarını ayıracaq.

Apasport.az saytı xəbər verir ki, İstanbul təmsilçisi Patrik Van Anholt, Haris Seferoviç və Xuan Matanın oyunundan narazıdır.

Hollandiyalı futbolçu Van Aholt komandaya 2021-ci ildə gəlib. Sol çinah müdafiəçisi cari müvsümdə 13 oyunda iştirak edib.

Portuqaliyanın “Benfika” klubundan icarəyə götürülən Haris Seferoviç bu mövsüm “aslanlar”la 13 oyuna çıxıb. 30 yaşlı hücumçu bu maçlarda cəmi 2 qol vurub.

“Qalatasaray”ın mövsümün əvvəlində heyətinə cəlb etdiyi ispaniyalı Xuan Mata da “qara siyahı”dadır. İngiltərənin “Mançester Yunayted” komandası ilə müqaviləsi bitdikdən sonra “cim-bom”a gələn 34 yaşlı futbolçu iştirak etdiyi 7 oyunda 1 qol və 2 assistlə yadda qalıb.

Qeyd edək ki, “Qalatasaray” Türkiyə Super Liqasında 16 oyundan sonra 36 xal toplayıb. Son 5 oyunu qələbə ilə başa vuran komanda turnir cədvəlində ilk pillədə yer alır.
 

writer photo
Əlirza Əlirzalı
0