Millimizin hücumçusu İsveçrədə 10-cu qolunu vurdu - FOTO
22.04.2023 - 22:49
Millimizin hücumçusu İsveçrədə 10-cu qolunu vurdu - FOTO

Millimizin hücumçusu Renat Dadaşov çıxış etdiyi İsveçrənin "Qrasshopers" klubunda növbəti qolunu vurub.

Apasport.az xəbər verir ki, o, İsveçrə çempionatının XXIX turunda autsayder "Vintertur" üzərində səfərdə qazanılan 2:1 hesablı qələbədə əsas pay sahiblərindən biri olub.

Futbolçumuz 45+1-ci dəqiqədə fərqlənməklə hesabı 2:0 edib. O, meydanda sonadək oynayıb və 1-ci qolun müəllifi, slovakiyalı Kristian Hertslə birgə matçın ən çox bal toplayan (6,9) futbolçusu olub.

Qeyd edək ki, o məhz sonuncu qolunu da "Vintertur"a vurmuşdu. "Qrasshopers"in yenə 2:1 qalib gəldiyi matçda Renat Dadaşov 41-ci dəqiqədə hesabı açmışdı.

Onu da bildirək ki, son nəticədən sonra "Qrasshopers" 37 xalla 5-ci sıradadır və Avropa Konfrans Liqasına getmək şansı mövcuddur.

writer photo
Əlirza Əlirzalı
0