"Seltik"də yeni məşqçi
31.12.2023 - 22:53
"Seltik"də yeni məşqçi

“Seltik”in yeni baş məşqçisi bəlli olub.

Apasport.az xəbər verir ki, Şotlandiya klubu Adam Sadlerə tapşırılıb.

43 yaşlı ingilis mütəxəssis komandanın sükanı arxasına keçib. Vaxtilə İngiltərədə “Lester” klubuna rəhbərlik etmiş Sadler bu postda Harri Kyuelli əvəzləyib. 

Qeyd edək ki, “Seltik” Şotlandiya çempionatında keçirdiyi 21 matçdan sonra topladığı 51 xalla turnir cədvəlinin ilk pilləsində yer alır.
 

writer photo
Əlirza Əlirzalı
0