Boksçularımız Belarusda beynəlxalq turnirdə 7 medal qazanıb
23.09.2024 - 10:21
Boksçularımız Belarusda beynəlxalq turnirdə 7 medal qazanıb

Belarusun Jabinka şəhərində keçirilən yeniyetmə boksçular arasında beynəlxalq turnirə yekun vurulub.

Apasport.az xəbər verir ki, Azərbaycan millisi yarışı 7 medalla başa vurub.

Bütün rəqiblərinə qalib gələn İmran Axundov (52 kq), Şahin Aslanov (60 kq) və Səfdər Məmmədzadə (+80 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Nihat Qasımovla (50 kq) Haqverdi Həsənov (63 kq) gümüş, Sübhan Babayev (57 kq) və Əflatun İsmiyev (54 kq) isə bürünc medal qazanıblar.

writer photo
Əlirza Əlirzalı
0