Messinin atası Səudiyyə Ərəbistanı klubu ilə danışıqlar aparır?
12.01.2023 - 22:52
Messinin atası Səudiyyə Ərəbistanı klubu ilə danışıqlar aparır?

Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messinin atası və agenti Xorxe Messi oğlunun mümkün transferi ilə bağlı Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə danışıqlar aparır. 

Apasport.az xəbər verir ki, Xorxe Messi hazırda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddadır və burada oğlunun mövsümə təxminən 300 milyon avro maaş ala biləcəyini göstərən müqavilə ilə bağlı danışıqlar aparır.

Qeyd edək ki, Lionel Messinin PSJ ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0