Çexiyanın paytaxtı Praqa şəhərində 6-7 iyulda gənclər arasında cüdo üzrə Avropa Kuboku keçiriləcək.
Apasport.az xəbər verir ki, turnirdə 26 ölkədən 435 idmançı iştirak edəcək. Azərbaycan yarışda oğlanlar arasında 6 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq.
Avropa Kubokunda Xəyal Həsənov, Eltun İmranov, Amin İsmayılov (60 kq), Rüfət Aydınov, Mehdi Cəfərov, Eltac Yusifli (66 kq), Elnur Qasilov (73 kq), Mamed Əzizbekov, Qadir Hüseynov (81 kq), Aslan Kotsoyev, Davud Namazlı, İsmayıl Zamanov (90 kq), Eldar Əliyev, İlkin Baxşaliyev (100 kq) çıxış edəcəklər.
Qeyd edək ki, cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov rəhbərlik edəcək.