40 yaşlı qapıçıdan yeni müqavilə
22.06.2023 - 20:34
40 yaşlı qapıçıdan yeni müqavilə

Xosep Reyna “Vilyarreal”la yeni müqavilə bağlayıb.

Apasport.az saytı xəbər verir ki, 40 yaşlı qapıçı növbəti bir ili komandada keçirəcək.

Reyna komandaya 2022-ci ildə azad agent kimi qoşulmuşdu. O, 2002-2005-ci illərdə də “Vilyarrel”ın heyətində çıxış edib. Klub rəhbərliyi daha bir il qapıçının təcrübəsindən istifadə etmək qərarına gəlib.

Qeyd edək ki, Reyna 2022/23 mövsümündə 22 oyunda qapını qoruyub. O, 7 qarşılaşmada qapını toxunulmaz saxlayıb.
 

writer photo
Əlirza Əlirzalı
0