Lukaku 58 milyondan imtina etdi
29.06.2023 - 23:37
Lukaku 58 milyondan imtina etdi

Romelu Lukaku Səudiyyə Ərəbistanından aldığı təklifdən imtina edib.

Apasport.az-ın məlumatına görə, belçikalı hücumçu “Əl-Hilal”da oynamaq istəməyib.

Ərəbistan klubu Lukakuya illik 58 milyon avro maaş təklif edib. Amma Romelu karyerasını Avropada davam etdirmək istəyir. “Çelsi”yə məxsus forvard son mövsümü icarə əsasında “İnter”də keçirib. Londonlular bu dəfə futbolçunun satmaq niyyətindədirlər. Əgər razılama əldə olunarsa, Lukaku “İnter”ə keçəcək.

Qeyd edək ki, 2022/23 mövsümündə hücumçu 25 oyunda 10 dəfə fərqlənib. 
 

writer photo
Əlirza Əlirzalı
0