“Beşiktaş” Aleks Oksleyd-Çemberleni komandanın aktiv futbolçuları sırasından çıxarmağa hazırlaşır.
Apasport.az xəbər verir ki, əzəli yırtığı səbəbindən uzun müddət yaşıl meydana çıxa bilməyəcək futbolçu ilə bağlı belə bir addım gündəmə gəlib.
İstanbul təmsilçisi bu yolla legioner limitini aşmadan komandaya yeni əcnəbi futbolçu gətirə biləcək. Əməliyyat olunan 30 yaşlı yarımmüdafiəçinin 4 ay meydanlardan kənar qalacağı praqnozlaşdırılır. Bu isə o deməkdir ki, Aleks bu mövsüm bir daha komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, avqust ayında “Beşiktaş”a qoşulan Oksleyd-Çemberlen 22 rəsmi matçda iştirak edərək, 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.