“Bavariya” onun üçün gözləmə mövqeyinə keçdi
05.12.2022 - 14:33
“Bavariya” onun üçün gözləmə mövqeyinə keçdi

Almaniyanın “Bavariya” klubu İngiltərə millisinin futbolçusu Harri Keynlə danışıqlar aparmır.

Apasport.az saytının məlumatına görə, Bundesliqa klubu Qətərdəki dünya çempionatı başa çatana qədər hücumçu ilə təmasa keçməyəcək.

Münhenlilər mundialın gedişində danışıq aparmağı məqsədəuyğun saymır. Keynin xidmətində maraqlı olan “Bavariya” bunun üçün gözləməyi lazım bilib.

Qeyd edək ki, Keynin “Tottenhem”lə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
 

writer photo
Əlirza Əlirzalı
0