Tonaliyə 10 aylıq diskvalifikasiya
28.10.2023 - 16:39
Tonaliyə 10 aylıq diskvalifikasiya

“Nyukasl”ın futbolçusu Sandro Tonali 10 aylıq diskvalifikasiya olunub.

Apasport.az xəbər verir ki, bu barədə qərarı FİFA verib.

Buna futbolçunun qeyri-qanuni mərc oyunlarında iştirakda ittiham edilməsi səbəb olub. Onun cəza müddəti oktyabrın 27-də başlayır. 

23 yaşlı yarımmüdafiəçinin cəzası bütün turnirlərə tətbiq ediləcək. 10 ay oynamayacaq Tonali AVRO-2024-dən də kənar qalacaq.

Qeyd edək ki, İtaliya Futbol Federasiyası mərc oyunlarda qanunsuz iştirak edən futbolçularla bağlı genişmiqyaslı araşdırmalara başlayıb.
 

writer photo
Əlirza Əlirzalı
0