“Neftçi”yə bosniyalı futbolçu
03.11.2023 - 13:16
“Neftçi”yə bosniyalı futbolçu

“Neftçi” qışda heyətini gücləndirmək niyyətindədir.

Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar”ın əsas transfer hədəflərindən biri Miço Kuzmanoviçdir.

Paytaxt təmsilçisi bosniyalı üçün qışda təklif irəli sürəcək. Bu mövsümün əvvəli “Araz-Naxçıvan”a keçən və Premyer Liqada adından söz etdirən 27 yaşlı yarımmüdafiəçinin klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayına qədər qüvvədədir. “Neftçi” “Ümraniyespor”un üzvü Coşqun Diniyevlə Kuzmanoviçin keçidini ən pis halda, yayda həll etmək istəyir. Amma Naxçıvan klubu özü də, legionerinin müqavilə müddətini artırmağı planlaşdırır. Buna görə də, onu buraxıb-buraxmayacağı hələ ki, bəlli deyil.

Qeyd edək ki, Kuzmanoviç bu mövsüm 11 matçda 2 qol vurub, 4 assist edib.

writer photo
Əlirza Əlirzalı
0