“Beşiktaş”ın futbolçusu: “Biz böyük komandayıq”
27.10.2023 - 12:18
“Beşiktaş”ın futbolçusu: “Biz böyük komandayıq”

"Ağır matçdan sonra danışmaq çox çətindir. Bu, təkcə rəhbərliyin, komandanın və ya texniki heyətin məsuliyyəti deyil". 

Apasport.az xəbər verir ki, bunu "Beşiktaş"ın futbolçusu Gedson Fernandes matçdan sonra verdiyi açıqlamada deyib.

O, Konfrans Liqasının “Bodo Qlimt”lə görüşünü dəyərləndirib: "Məsuliyyət hamımızın üstündədir. Hamımız birlikdə bunu bacarmırıq. Meydanın oyuna heç bir aidiyyəti yoxdur. Biz böyük komandayıq. Çıxıb hər cür şəraitdə oynamalıyıq. Qısa müddətdə özümüzü toparlamalıyıq". 

Qeyd edək ki, "Beşiktaş" "Bodo Glimt"lə qarşılaşmada 1:3 hesabı ilə məğlub olub.
 

writer photo
Əlirza Əlirzalı
0