283-cü sınaq – 26-sı onunla
21.09.2022 - 17:05
283-cü sınaq – 26-sı onunla

Azərbaycan milli komandası sabah növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, yığmamız Slovakiya ilə görüşdə qüvvəsini sınayacaq.

Trnavadakı matç komandamızın tarixində 283-cü sınaq olacaq. İlk oyununu 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 282 matça çıxıb.

Bu müddətdə 52 qələbə və 76 heç-heçəyə nail olan yığma 154 dəfə uduzub. Əvvəlki 282 qarşılaşmada 207 qol vuran futbolçularımız 467 top buraxıb.

Slovakiya sınaq baş məşqçi Canni de Byazinin rəhbərliyi altında 27-ci sınaq olacaq. İtaliyalı mütəxəssis indiyədək yığmanı 26 matça çıxarıb. Bu görüşlərdə 3 qələbə və 7 heç-heçəsi olan millimiz 16 dəfə uduzub. 15 qol vuran komanda 35 top buraxıb.

İtaliyalı ilə rəsmi xarakterli 19-cu qarşılaşma olacaq. Hesabında 2 qələbə, 5 heç-heçə və 11 məğlubiyyəti olan yığmamız 9 qol vurub, 25-ni buraxıb.

Trnavadakı qarşılaşma rəsmi turnirlərdə 151-ci matç olacaq. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri və Millətlər Liqasında 150 oyuna çıxan komanda indiyədək 17 qələbə qazanıb, 32 heç-heçə edib, 101 dəfə isə uduzub. Rəqib qapılarına 86 qol vuran futbolçularımız indiyədək 300 top buraxıb. 

Bu, Millətlər Liqasında 17-ci görüş olacaq. Əvvəlki 16 oyunda 4 qələbə, 7 heç-heçə və 5 məğlubiyyət qeydə alınıb. Top fərqi 11-13-cür.

Qeyd edək ki, sabah keçiriləcək Slovakiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0