Asensio “Liverpul”un hədəfində
15.09.2022 - 00:37
Asensio “Liverpul”un hədəfində

Marko Asensio karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Real”ın futbolçusu “Liverpul”un hədəfindədir.

Premyer Liqa klubu yarımmüdafiəçini qışda heyətinə qatmağı planlaşdırır. Müqaviləsi yayda başa çatacaq oyunçunu pulsuz əldən verməmək üçün İspaniya nəhəngi də onun satışında maraqlı olacaq.

Qeyd edək ki, Marko 2014-cü ildən Madrid klubunda çıxış edir.
 

writer photo
Əlirza Əlirzalı
0