Poqba məşqlərə başladı - FOTOLENT
10.01.2023 - 20:54
Poqba məşqlərə başladı - FOTOLENT

Fransalı yarımmüdafiəçi Pol Poqba zədədən sonra "Yuventus"la məşqlərə qayıdıb.

Apasport.az xəbər verir ki, Poqba bu gün komanda yoldaşları ilə birlikdə məşq meydançasında çalışıb.

Fransalı futbolçu "Yuventus"un ABŞ-da mövsümöncəsi turu zamanı dizindən zədə alıb. Sentyabrın əvvəlində o, meniskindən əməliyyat olunub və Poqba bu mövsüm istər klubunun, istərsə də millisinin oyunlarını buraxıb.

"Yuventus" tələsmək istəmədiyi üçün 29 yaşlı Pol Poqbanın meydana qayıdışı, çox güman ki, bir neçə həftəyə baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0